24 mart 2026, Təbriz (Foto: Mətin Haşimi/Mətbuat Assosiasiyası)
Birləşmiş Ştatlarda İrana qarşı hərbi əməliyyatlara şübhəylə yanaşanların sayı artır. AP-NORC tərəfindən keçirilən sorğununu nəticələrinə görə, amerikalıların təxminən 59%-i bu ölkəyə hücumların “həddindən artıq” olduğunu düşünür.
Respondentlərin 45%-i bildirib ki, yaxın aylarda benzin xərclərini ödəyə bilməməkdən “çox” və ya “həddindən artıq” narahatdır.
Bu göstərici Donald Trampın 2024-cü ilin noyabrındakı qələbəsindən sonra keçirilmiş əvvəlki sorğuda 30% idi.
Amma İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədinə ciddi dəstək qalmaqdadır. Respondentlərin təxminən üçdə ikisi hesab edir ki, bu, xarici siyasətin “çox” və ya “son dərəcə vacib” hədəfi olmalıdır.
“Reuters-Ipsos” sorğusunun nəticələri da buna oxşardır: respondentlərin 61%-i İrana qarşı hücumları dəstəkləmədiyini bildirib.
Eyni zamanda, Trampın siyasətinə ümumi dəstək əvvəlki həftəylə müqayisədə 4% azalaraq 36%-ə enib. Onun budəfəki prezidentlik müddətinin əvvəlində bu göstərici təxminən 47% idi.
Sorğuların nəticələri göstərir ki, ABŞ-də müharibəylə bağlı iqtisadi narahatlıqlar artdıqca, hərbi eskalasiyaya dəstək zəifləyir.
“Politfm”



