Ağ Ev, Vaşinqton, ABŞ (Foto: Ken Cedeno / “Reuters”)
Trampın komandası neftin bir barrelinin 200 dollara satıla biləcəyi vəziyyətə hazırlaşır.
Bu haqda “Bloomberg” yazıb.
Nəşrin vəziyyətlə tanış olan mənbələrə istinadən hazırladığı xəbərdə qeyd olunur ki, Tramp administrasiyası neft qiymətlərinin 200 dollara çatacağı təqdirdə ölkə iqtisadiyyatının nələrlə üzləşəcəyini araşdırırlar.
“Bloomberg”-ə danışan şəxslər bildiriblər ki, gərginlik dövrlərində – neft qiymətlərinin kəskin sıçrayışı zamanı iqtisadi vəziyyətin modelləşdirilməsi mütəmadi olaraq həyata keçirilir və bu, bir proqnoz deyil. Onların sözlərinə görə, bu fəaliyyət administrasiyanın bütün mümkün ssenarilərə hazır olmasından əmin olmağa yönəlib.
“Bloomberg” qeyd edir ki, hətta bir neçə ay ərzində davam edən daha aşağı (bir barrel üçün 170 dollar) qiymət belə ABŞ və Avropada inflyasiyanın artmasına və iqtisadi artımın ləngiməsinə səbəb olacaq. ABŞ-də artıq ən çox nəzərə çarpan təsir benzinin pərakəndə satış qiymətlərinin 30% artmasıdır.
“Politfm”



