Foto: AFP
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, Tehran həftəsonu bir neçə amerikalı hərbçinin həlak olmasının “bədəlini ödəyəcək”.
Bu, fevralda başlayan müharibədə Amerika ordusu üçün ən ağır itkilərin qeydə alındığı dövrlərdən biri olub. İranın körfəzdəki ABŞ hərbi bazalrına zərbələri nəticəsində həlak olan hərbçilərin sayı 17-yə çatıb. Daha bir hərbçinin qalıqları üzərində ekspertiza aparılır (“Reuters”).
“İran nə vaxt amerikalı hərbçiləri öldürsə, bunun əvəzini dəfələrlə ağır şəkildə ödəyəcək” – Tramp “Truth Social” sosial şəbəkəsində belə yazıb.
O əlavə edib ki, müdafiə naziri Pit Heqsetə və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Deniel Keynə bununla bağlı göstəriş verilib.
Münaqişə başlayandan bəri ümumilikdə təxminən 430 ABŞ hərbçisi yaralanıb.
Pentaqon bazar ertəsi bildirib ki, iyulun 7-dən bəri daha 100 hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb, onların 96 faizi artıq xidmətə qayıdıb.
Bununla belə, Pentaqonun açıq məlumat bazasında göstərilən 430 yaralı arasında bu 100 hərbçinin də olub-olmadığı dəqiqləşdirilməyib.
“Politfm”



