Foto: TƏBİB

 


Azərbaycanda təcili tibbi yardım xidməti ilk dəfə motosikletlərdən istifadə edəcək.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) təcili tibbi yardım xidmətində motosikletlərdən istifadəni nəzərdə tutan “Ambucycle” pilot layihəsinin icrasına başlayır.
Layihə ilk olaraq Bakı şəhərində sınaqdan keçiriləcək. 

Bu barədə TƏBİB-in açıqlamasında məlumat verilib.

Yollardakı sıxlığın operativ tibbi  müdaxiləni çətinləşdirdiyi paytaxtda motosikletlər təcili tibbi yardım briqadası hadisə yerinə çatana qədər ilk tibbi yardımın göstərilməsi üçün istifadə olunacaq.

“Ambucycle “zəruri tibbi avadanlıqla təchiz edilib. Motosikletləri xüsusi hazırlıq keçmiş feldşerlər idarə edəcəklər.

Pilot mərhələ başa çatdıqdan sonra layihənin effektivliyi qiymətləndiriləcək və onun ölkənin digər bölgələrində də tətbiq olunub-olunmayacağına qərar veriləcək.

“Politfm”