Foto: ISNA
İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) dəniz qüvvələri komandanı vitse-admiral Bred Kuperin açıqlamasına sərt reaksiya verib.
Qalibaf bildirib ki, əgər İrana öz neftini satmaq qadağan edilsə, bunu regionun heç bir ölkəsi edə bilməyəcək.
“Bizim neft sata bilmədiyimiz regionda heç kim neft satmayacaq” – o, “X” platformasındakı hesabında belə yazıb.
Kuper cümə günü yayımlanan videomüraciətində ABŞ qüvvələrinin Hörmüz boğazını minalardan tamamilə təmizlədiyini iddia edib.
Onun sözlərinə görə, təxminən 50 000 nəfərlik ABŞ hərbi heyəti İran limanlarının blokadasını və boğazda gəmilərin hərəkətini təmin edir, onların dəstəyilə son aylarda Fars körfəzindən ümumilikdə 750 milyon barelə yaxın neft nəql olunub.
“Politfm”



