Foto: internet

 

Uzun illər davam edən karbohidrogen hasilatı nəticəsində Abşeron yarımadasının təxminən beşdə biri neftlə çirklənib.

Bu barədə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Amin Məmmədov məlumat verib.

Onun sözlərinə görə, sahəsi 280 min hektardan çox olan Abşeron yarımadasının təxminən 20%-i hələ də çirkli vəziyyətdədir. Bu ərazilər dövlətin və SOCAR balansındadır.
Məmmədov qeyd edib ki, şirkət çirklənmiş ərazilərin bir hissəsinin təmizlənməsinə artıq xeyli vəsait ayırıb. Buna baxmayaraq problem hələ də aktuallığını qoruyur.

O, həmçinin Azərbaycanın alternativ enerjinin payını artırmaq planlarını xatırladıb. Bildirib ki, 2030-cu ilədək ölkə hakimiyyəti enerji təchizatının 40%-dən çoxunu bərpa olunan enerji mənbələri hesabına təmin etməyi, əlverişli şərait yaranacağı təqdirdə isə bu göstəricini 50%-ə çatdırmağı hədəfləyir.

“Politfm”