Foto: “Axios”
İsveçrə Xarici İşlər Nazirliyi ABŞ və İran arasında bu günə planlaşdırılan sülh danışıqlarının ləğv edildiyini təsdiqləyib.
Nazirlik bəyan edib ki, Bürgenştok şəhərində keçirilməsi nəzərdə tutulan danışıqlar artıq baş tutmayacaq (“Reuters”). Bu, Vaşinqton və Tehran arasındakı müvəqqəti razılaşmadan sonra danışıqları irəlilətmək səylərinə dair şübhələri daha da artırır.
Ağ Evin nümayəndəsi dünən bəyan etmişdi ki, danışıqlarla bağlı plan hələ tam razılaşdırılmayıb və vitse-preziden Cey Di Vens iyunun 19-da İsveçrəyə getməyəcək.
Tramp “Axios” nəşrinə verdiyi son müsahibəsində sülh sazişinin “yəqin ki, İranın qeyd-şərtsiz təslim olması” demək olduğunu bildirib.
Trampdan soruşublar ki, hakimiyyətinin hüdudları baxımından bu münaqişə ona nələri öyrədib?
“Mən bu dərsi hələ əxz etməmişəm. Bilirəm ki, o var, amma İranla müharibədən sonra mənim hakimiyyətimin heç bir hüdudu yoxdur” – Tramp suala belə cavab verib.
“Axios” yazır ki, danışıqların təxirə salınmasının səbəbi İsrail ordusunun Livanda hərbi əməliyyatları davam etdirməsi ola bilər. İran bu əməliyyatların tmamilə dayandırılmasını və İsrail qüvvələrinin Livan ərazisindən çıxarılmasını tələb edir.
İsrail rəsmiləri dünən gecə saatlarında Livanın cənubundakı bir neçə bölgədə “Hizbullah” yaraqlılarına qarşı hücumlarını davam etdirdiyini açıqlayıblar.
Daha əvvəl Vens İsrail rəhbərliyinə “yeganə güclü müttəfiqinizə qarşı getməsi” barədə xəbərdarlıq etmişdi.
“Politfm”



