Logistika marşrutlarına Ukraynanın hücumları təchizat problemi yaradıb, hakimiyyət orqanları yanacaq satışını məhdudlaşdırıblar, yanacaqdoldurma məntəqələrində növbələr yaranıb. Yevpatoriya şəhəri, Krım, 3 iyun 2026 (foto: Aleksey Pavlişak/”Reuters”
Ukrayna Xerson vilayətiylə Krımı birləşdirən Çonqar körpüsünə yenidən zərbələr endirib. İşğal altında olan vilayətə Rusiyanın rəhbər təyin etdiyi Vladimir Saldo bildirib ki, çərşənbə axşamına keçən gecə körpüyə 20-dən çox dron hücum edib və nəticədə körpü zədələnib.
Bu körpü iyunun 7-də də vurulmuş və bərpa işlərilə əlaqədar olaraq fəaliyyəti dayandırılmışdı.
Ukraynanın müntəzəm zərbələri nəticəsində Krımın təchyizatı çətinləşib, yarımadada yanacaq böhranı və ərzaq qıtlığı yaranıb.
“Politfm”



