Foto: internet

 

 

Türkiyə Xarici İşlər Nazirliyi Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanda keçirilmiş parlament seçkilərdən sonrakı mərhələdə Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün əlverişli şərait yaranacağına ümid etdiyini bəyan edib.

Nazirliyin 8 iyun tarixli açıqlamasında qeyd olunub ki, Ankara seçkilərin dinc və şəffaf şəraitdə keçirilməsini müsbət qiymətləndirir və nəticələrin erməni xalqının rifahına xidmət etməsini arzulayır.

“Ümid edirik ki, seçkilərdən sonrakı dövrdə Ermənistan və Azərbaycan arasında yekun sülh sazişinin imzalanmasına imkan verəcək şərait formalaşacaq” – bəyanatda belə deyilir.

Türkiyə XİN həmçinin bildirib ki, Ankara bundan sonra da Cənubi Qafqaz ölkələrinin ortaq maraqları əsasında regionda sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyəcək.

Bu açıqlama Ermənistanda keçirilən parlament seçkilərində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasının qələbəsindən sonra səsləndirilib.

“Politfm”