Foto: internet


 

Azərbaycanda orta məktəblərdə internetə çıxış məhdudlaşdırılıb.
Bunu təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisdə üç komitənin birgə iclasındakı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda orta məktəblərdə “TikTok”a, təhlükəli mövzulara girişə məhdudiyyət qoyulub:
“Təhsil sahəsində də müəyyən tədbirlər həyata keçirilir. Hazırda məktəblərdə “TikTok” platformasına çıxış bloklanıb, ümumilikdə şagirdlərin internetə çıxışı filtrlənir. Terrorizm, ekstremizm, narkotik vasitələr və digər təhlükəli mövzularla bağlı resurslara giriş məhdudlaşdırılır. Ümumilikdə, 200-dən artıq riskli mövzu üzrə filtrləmə tətbiq edilir”.
“Beynəlxalq

təcrübə göstərir ki, uşaqların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması məsələsinin sadə həlli yoxdur. Bir tərəfdən, sosial şəbəkələrdən problemli istifadə depressiya, narahatlıq, aqressiya və digər mənfi nəticələrlə əlaqələndirilir. Digər tərəfdənsə, sosial şəbəkələr ünsiyyət imkanları yaradır, ictimai iştirak üçün platforma təqdim edir, sosial dəstəyin əldə olunmasına kömək edir və müxtəlif qrupların öz fikirlərini ifadə etməsinə şərait yaradır. Bu səbəbdən əsas vəzifə uşaqların təhlükəsizliyini təmin etməklə yanaşı, onların rəqəmsal dünyanın təqdim etdiyi imkanlardan faydalanmasına şərait yaratmaqdır. Bu isə yalnız dövlət qurumlarının, texnologiya şirkətlərinin, məktəblərin, valideynlərin və uşaqların birgə səyləri nəticəsində mümkün ola bilər” deyə, nazir müavini əlavə edib.

“Politfm”