Moldova Prezidenti Maya Sandu ölkəsinin Rusiya mərkəzli Müstəqil Dövlətlər Birliyindən çıxması barədə fərman imzalayıb. Bu, Rusiya imperializminin zəifləməsinin və çöküşə doğru getməsinin növbəti mərhələsidir.
Rusiyanın açıq siyasi təsirindən əziyyət çəkən Moldovanın belə bir addım atması başqa ölkələrə də cəsarət verəcək. Məsələn, Ermənistan daha da cürətlənəcək, Gürcüstan Rusiyaya görə Qərblə toqquşmaya getməyə dəyməyəcəyini anlayacaq. Azərbaycan bu ölkə ilə iqtisadi və siyasi gələcəyin olmadığını və Kremlə görə AB və AŞPA kimi Qərb strukturları ilə münasibətləri risk zonasına çəkməyin faydalı olmayacağını anlayacaq.
Azərbaycan xüsusilə siyasi məhbuslar məsələsində və AHİM qərarlarının icrası məsələsində yenidən düşünməlidir. Nəzərə almaq lazımdır ki, indi proseslər on il əvvəlki sürətilə getmir. İndi hər gün daha bir qlobal reallıq yaranır və bu reallıqlar ölkələrin taleyini dəyişdirir.
Bu baxımdan Azərbaycan özünü konservasiya edən, dünyaya və xalqa qapı bağlayan yolu yox, özünü yeniləyə bilən sistemlərə inteqrasiya istiqamətini seçməlidir. Rusiya və Avropa Strukturları ilə münasibətlərə yenidən baxarkən:
1. siyasi məhbus məsələsini;
2. seçkilər və demokratik yarış məsələsini;
3. azad məhkəmə məsələsini;
4. sosial islahatlar məsələsini;
5. iqtisadiyyatda, xüsusilə də gömrükdə monopoliyanın ləğvi məsələsini
başlanğıc addım kimi, dərhal sürətilə həll etməlidir.
Seymur Həzi



