“Elə indicə ata ilə danışdım. Səsi yorğun və halsız gəlirdi. Bu gün üçün çəkisi 88kq 600q, təzyiqi 120/80, saturasiya normal və ürək döyüntüsü isə artıq 102-dir.
Gün ərzində 1 litrdən də az su içir. Öd kisəsi olmadığı üçün ağzında kəskin dad əmələ gəldiyindən su içə bilmir. Bu isə aclıq edən birinin həyatı üçün çox risklidir. Vəziyyət get-gedə daha da kritikləşir.
Qeyd edim ki, bu gün artıq 8 gündür ki, Tofiq Yaqublu aclıq edir. Artıq 7 kq çəki itirib. Bu vəziyyət belə davam etsə, geridönməz halların baş verməsi an məsələsi olacaq.
Tofiq Yaqublu gözümüzün önündə ölümə gedir. Onu ölümdən yalnız Azərbaycan xalqı xilas edə bilər. Bunun üçün cəmiyyət iradəsini göstərməli və “Tofiq Yaqublunu azad et” tələbi ilə mövqəyini bildirməlidir.
P.S Tofiq Yaqublunun başına gələcək hər şeyə görə İlham Əliyev və onun hakimiyyəti məsuliyyət daşıyır.”
Nigar Həzi



