Türkiyə tarix boyu çox enişli-çıxışlı dövrlərdən keçib. Hərbi çevrilişlər, xarici müdaxilələr. Amma Türkiyə nə zaman Türkiyə oldu? Qərb dəyərlərinin hakim olmağa başladığı, demokratik institutların inkişaf etdiyi bir zamanda Türkiyə siyasi səhnədə söz sahibi olmağa başladı. Türkiyənin tək yolu demokratiyanı qorumaqdır. Yaranmış geosiyasi vəziyyətdən Türkiyə dövlətinin daha da gücləndirilməsi üçün istifadə edilməlidir. Siyasi rəqiblərlə rəqabət çərçivəsində davranılmalıdır. Türkiyə hüquqi dövlətdir. İndiyənə qədər seçkilərdə həll edilib hər şey və bu belə də davam etməlidir. İstanbul Böyükşəhər Bələdiyyəsi başqanı Əkrəm İmamoğlunun həbs edilməsi Türkiyə üçün ciddi problem yarada bilər. Biz Türkiyə dövlətini azad, demokratik qərbin bir parçası kimi daha güclü görmək istəyirik. Ümid edirəm ki, hər şey hüquq müstəvisində, obyektiv şəkildə araşdırılacaq və öz həllini tapacaq. Yaşasın demokratiya, yaşasın demokratik dəyərlər.

Seymur Həzi