Foto: “Fox News”
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın başladığı genişmiqyaslı müharibə dövründə Ukrayna Silahlı Qüvvələrinin itkiləri barədə məlumat açıqlayıb. Onun sözlərinə görə, indiyədək təxminən 50 min hərbçi həlak olub, 400 minə yaxın hərbçi isə yaralanıb.
Bu barədə Zelenski ABŞ-nin “Fox News” telekanalına müsahibəsi zamanı danışıb.
O bildirib ki, mövzu ilə bağlı daha ətraflı məlumat vermək istəmir, çünki “əks halda ruslar ordumuzda baş verənləri anlayarlar”. Ukrayna hərbi itkilərlə bağlı məlumatları nadir hallarda açıqlayır, lakin bunu Rusiyadan daha tez-tez edir.
Hazırkı müharibədə hər iki tərəfin itkiləri ilə bağlı müxtəlif qiymətləndirmələr mövcuddur. Bu məlumatları təhlil edən BBC-nin fevral ayında açıqladığı məlumata görə, müharibədə Ukraynanın 200 min hərbçisinin həlak olub. “UALosses” layihəsinin açıqlamasında isə onların sayının 100 min olduğu, təxminən eyni sayda hərbçinin itkin düşmüş hesab olunduğu bildirilir (“Radio Svoboda”).
Rusiyanın itkiləri ilə bağlı rəqəmlər də fərqlənir. BBC-nin rusca xidməti və “Mediazona” açıq mənbələrədən topladıqları məlumatlara əsasən indiyədək 234 mindən çox Rusiya hərbçisinin öldüyünü müəyyən ediblər. NATO-nun qiymətləndirməsinə görəsə, Rusiyanın real itkiləri 500 min nəfərə yaxın ola bilər.
“Politfm”



