
Foto: “GlobalLookPress”
Ukrayna prezidenti Volodimir Zelenski xalqa dünən axşamkı müraciətində bildirib ki, son bir gün ərzində Rusiya kütləvi raket və aviasiya zərbələri endirməyib, amma cəbhədə atəşkəs rejiminə əməl etməyib.
“Onlar üçün əsas əhəmiyyət daşıyan istiqamətlərdə ruslar hücum fəallığını davam etdirirlər. Atəş açılıb, cəbhədə müxtəlif tipli dron zərbələri olub. Dünən və bu gün ərzində artıq 150-dən çox hücum əməliyyatı keçirilib, yüz dəfədən çox atəş açılıb, kamikadze dronlarla təxminən 10 min zərbə qeydə alınıb.
Yəni cəbhədə Rusiya ordusu sükuta əməl etmir və buna ciddi şəkildə cəhd də göstərmir. Bütün Ukrayna bölmələri güzgü prinsipiylə davranır və mövqelərimizi lazım olduğu şəkildə müdafiə edir – Ukrayna prezidenti belə deyib.
O qeyd edib ki, şənbə və bazar günlərində “Rusiya tərəfindən kütləvi hücumlar edilməməsinə cavab olaraq Ukrayna da uzaqmənzilli zərbələr endirməyib”.
“Bundan sonra da eyni şəkildə, güzgü prinsipiylə cavab verəcəyik və əgər ruslar tammiqyaslı müharibəyə qayıtmağa qərar versələr, sanksiyalarımız dərhal və hissolunan olacaq. Üstəlik, məsafənin əhəmiyyəti getdikcə azalır – uzaqmənzilli imkanlarımızla biz bunu göstərdik” deyə, Zelenski əlavə edib.
Rusiya isə Ukrayna hərbçilərini cəbhədə atəşkəsi pozmaqda günahlandırır, o da güzgü prinsipiylə hərəkət etdiklərini bildirir.
“Politfm”


