İranın yeni Ali dini lideri Müctəba Xamenei, Tehran, 22 iyul 2018 (foto: Mehdi Qasemi/”Vana” xəbər agentliyi/”Reuters”)
İranın Ali dini rəhbəri Müctəba Xamenei bu gün – mayın 26-da dünya müsəlmanlarını “Amerikaya ölüm”, “İsrailə ölüm” şüarlarını Həcc mövsümündən sonra da davam etdirməyə çağırıb.
Bu barədə İranın “Tasnim” dövlət agentliyi məlumat yayıb.
İsrailin mövcudluğunun son mərhələsinə yaxınlaşdığını iddia edən Xamenei bu ölkənin 2040-cı ilə qədər məhv olacağı barədə mərhum atasının sözlərini xatırladıb.
O, müsəlman ölkələrini yeni regional düzən yaratmağa səsləyib; deyib ki, “ABŞ erası artıq bitib”, region ölkələri “artıq Amerika bazaları üçün qalxan olmayacaq” və “Vaşinqtonun regionda hərbi bazalar yaratmaq üçün təhlükəsiz nöqtəsi qalmayacaq”.
“Politfm”



