
Foto: AFP
İranın yeni ali rəhbəri Müctəba Xamenei iş qabiliyyətini itirib, bu səbəbdən ölkənin idarə olunmasında iştirak edə bilmir.
Londonda çıxan “The Times” qəzeti bunu əldə etdiyi kəşfiyyat məlumatına istinadla yazıb.
Qeyd olunur ki, məlumat ABŞ və İsrailin Fars körfəzi müttəfiqləriylə paylaşdığı kəşfiyyat bilgisinə əsaslanır. Məlumata görə, Müctəba atası Əli Xameneinin öldürüldüyü hücumda yaralanıb.
“Müctəba Xamenei Qum şəhərində müalicə olunur, huşsuz vəziyyətdədir, rejimin hər hansı qərarlarının qəbulunda iştirak edə bilmir” – ABŞ və İsrailin kəşfiyyat məlumatlarına əsaslanan diplomatik məktubda belə yazıldığı bildirilir.
Bu, müharibə başlayandan bəri Müctəbanın olduğu yer barədə ilk informasiyadır.
“Politfm”


