Məhəmməd Bağır Qalibafın rəhbərlik etdiyi İran nümayəndə heyəti, Qətər, 25 may 2026 (foto: “tasnimnews.ir”)
ABŞ-nin İran tankerlərini vurmasına baxmayaraq ölkə parlamentinin sədri Məhəmməd Bağır Qalibaf müharibənin dayandırılmasıyla bağlı danışıqları davam etdirmək üçün artıq üçüncü gündür ki, Qətərdə qalır.
Bu barədə “The Wall Street Journal” nəşri İran rəsmilərinə və vasitəçilərə istinadən məlumat yayıb.
Qalibaf Qətərə mayın 25-də, sülh planındakı mübahisəli məsələləri müzakirə etmək üçün gedib. “Tasnim” agentliyinin məlumatına görə, səfərdə xarici işlər naziri Abbas Əraqçi və İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Nemməti də iştirak edirlər.
Müzakirə olunan əsas məsələlər arasında İranın dondurulmuş vəsaitlərinin qaytarılması tələbi və Hörmüz boğazının yenidən açılmasıyla bağlı detallar da var.
Onların gəlişindən bir neçə saat sonra ABŞ Mərkəzi Komandanlığı mina yerləşdirildiyini iddi etdiyi İran katerlərinə zərbələr endirdiyini açıqlayıb. Mənbələrin bildirdiyinə görə, İran tərəfi danışıqların pozulmaması üçün hücum nəticəsində SEPAH-ın bir neçə üzvünün öldüyünü dərhal açıqlamayıb.
WSJ-nin məlumatına görə, İran daxilində danışıqlarla bağlı fikir ayrılığı var. Daha sərt mövqeli dairələr ABŞ ilə kompromisə qarşı çıxsalar da, iqtisadi böhranı və daxili təzyiqləri əsas gətirən bəzi qüvvələr razılaşmanın vacib olduğunu düşünürlər.
Məqalədə həmçinin qeyd olunur ki, vasitəçilər bölgədə tammiqyaslı hərbi qarşıdurmanın yenidən başlamasının qarşısını almağa çalışsalar da, tərəflər arasında etimad çox zəifdir.
“Politfm”



