PHOTO VUGAR AMRULLAYEV

Foto: internet


2026-cı il iyun ayının 1-nə olan statistikaya görə, Azərbaycanda vergi ödəyicilərinin sayı 5.2% artıb, qeydiyyatdan keçən kommersiya qurumlarının sayı 85.4% azalıb.

Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Bilrilir ki, respublika üzrə uçotda olan 1.709.921 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,2 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,1 faiz, hüquqi şəxslərin sayı 5,9 faiz artıb.

Qeydiyyatda olan kommersiya qurumlarının sayı 209.205 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,5 faiz çoxdur.

May ayında 910 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Bu, ötən ilin eyni dövründə qeydə alınmış 6 236 kommersiya qurumu ilə müqayisədə təxminən 85,4% azdır. Onların 88,2 faizi yerli investisiyalı, 11,8 faizi isə xarici investisiyalı müəssisələrdir.

Kommersiya qurumlarının 84,3 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar-may aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97,1 faiz təşkil edib.
İyun ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,2 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.

 

“Politfm”