“Qara tülpan” təşkilatının üzvləri Rusiya hərbçilərinin şəxsiyyətinin müəyyənləşdirilməsi və onların qalıqlarının ukraynalı hərbçilərin nəşləriylə dəyişdirilməsi məqsədilə meyitlərin tanınması prosesini həyata keçirirlər, Slovyansk şəhəri, Donetsk vilayəti, 29 iyun 2024 (Foto: Pablo Miranzo / “Anadolu”)
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının 5 iyulda açıqladığı hesablamasına görə, 24 fevral 2022-ci ildə başlamış genişmiqyaslı hücumdan bəri Rusiya ordusunun Ukraynadakı canlı qüvvə itkisi 1 409 630 nəfərə çatıb. Bu göstəriciyə son bir sutka həlak olmuş 1 290 hərçi də daxildir.
Ukrayna tərəfi hərbi əməliyyatların məxfiliyini qorumaq məqsədilə öz itkilərinin dəqiq sayını açıqlamır.
Qərbin müstəqil beyin mərkəzlərinin hesabatları Rusiyanın itkilərinin ən azı iki dəfə çox olduğunu təsdiqləyir. ABŞ-nin Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) məlumatına görə, Rusiya və Ukrayna ordularının itki nisbəti “təxminən 2.5:1 və ya 2:1” aralığındadır (“The Kyiv İndependent”).
CSIS-in yanvar hesabatında qeyd olunmuşdu ki, müharibənin əvvəlindən 2025-ci ilin dekabrına qədər Ukraynanın ümumi itkisi (yaralananlarla birlikdə) 500 000-600 000 hərbçi olub, onlardan 100 000-140 000 nəfərinin birbaşa döyüşlərdə həlak olduğu təxmin edilir.
Baş Qərargahın açıqlamasında Rusiyanın təkcə canlı qüvvə deyil, həm də böyük miqdarda texnika itkisinə məruz qaldığı bildirilir. Qurum müharibə dövründə Rusiyanın aşağıdakı sayda və çeşiddə hərbi texnikasının məhv edildiyini iddia edir:
12.081 tank, 248.798 zirehli döyüş maşını, 45 388 artilleriya sistemi, 1 916 reaktiv yaylım atəş sistemi, 1 470 hava hücumundan müdafiə sistemi, 436 təyyarə, 353 helikopter, 390 738 pilotsuz uçuş aparatı, 4 847 qanadlı raket, 33 gəmi və kater, həmçinin 2 sualtı qayıq, 116 106 avtomobil və yanacaq çəni, 1821 robotlaşdırılmış yerüstü sistem.
“Politfm”



