Foto: telegram/osirskiy
Hava şəraitinin dəyişməsiylə əlaqədar olaraq qarşı tərəf hücum fəaliyyətini artırıb və hazırda təxminən 1200 kilometrlik təmas xəttinin, demək olar ki, bütün istiqamətləri üzrə aktiv əməliyyatlar aparır. Son bir ay ərzində Aleksandrovsk, Pokrovsk, Konstantinovka və Liman istiqamətləri xüsusilə gərgin olub.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski özünün “Teleqram” hesabında yazıb. Baş Qərargahdakı iclaslardan birinin yekunları barədə məlumat verən general qeyd edib ki, Ukrayna qüvvələri cavab olaraq aktiv müdafiə taktikasından istifadə edir:
“Biz Rusiya tərəfinin say üstünlüyünə qarşı döyüş əməliyyatlarının keyfiyyətini qoyuruq. Beləliklə, düşməni bizim qaydalarla oynamağa məcbur edir və onların qarşıya qoyduğu məqsədlərin icrasını daim gecikdiririk”.
Sırski qeyd edib ki, bu məqsədə əsasən Rusiya ordusunun arxa infrastrukturuna zərbələr endirməklə nail olmağa çalışırlar. Onun sözlərinə görə, mart ayında Ukrayna qüvvələri 76 belə hədəfi, o cümlədən neft emalı sənayesinə aid 15 obyekti vurub.
“Politfm”



