Foto: internet

 

 

Ukrayna Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun nümayəndəsi Aleksandr Borodin bildirib ki, Rusiyanın Luqansk vilayətini tam nəzarət altına alması barədə məlumat həqiqətə uyğun deyil.

 

O qeyd edib ki, Rusiya mütəmadi olaraq hücum əməliyyatları həyata keçirir və bu, yarım il ərzində təxminən 150-dən çox əməliyyat deməkdir. Bu prosesdə Rusiyanın çox böyük sayda canlı qüvvə və resurs sərf etdiyini vurğulayan Borodin deyib ki, Luqansk vilayətinə aid olan Nadejda, Novoeqorovka və Qrekovka rayonu hələ də Ukraynanın nəzarətindədir, na göorə də Rusiyanın “tam nəzarət” iddiaları həqiqətə uyğun deyil.

Daha əvvəl Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov bildirmişdi ki, Luqansk vilayəti tam şəkildə Rusiya qüvvələrinin nəzarətindədir.

Digər ukraynalı hərbçi, polkovnik Viktor Trequbov da bugünkü açıqlamasında bildirib ki, Rusiya qüvvələri Xarkov vilayətində hücumları əhəmiyyətli dərəcədə artırıblar (“Suspilne”).

“Bizim bütün məsuliyyət zonamız boyunca Rusiya tərəfinin aktivliyində nəzərəçarpacaq artım müşahidə olunur. Bu, həm Cənubi Slobojan, həm də Kupyansk istiqamətlərinə aiddir. Təkcə Velikoburluk istiqaməti istisnadır, çünki orada vəziyyət daha sakitdir. Digər bütün sahələrdə, xüsusilə də Volçansk və Kupyansk istiqamətlərində Rusiya qüvvələri aktiv hücumlar həyata keçirir” – Trequbov belə deyib.

 

“Politfm”