Foto:  “europarl.europa.eu”

 

Ukrayna Avropa İttifaqının Ukraynaya Dəstək Mexanizmi (“Ukraine Facility”) çərçivəsində 2,8 milyard avroluq maliyyə dəsətyi alıb.

Əvvəllər ayrılmış avans maliyyələşdirilməsinin geri qaytarılan hissəsi çıxıldıqdan sonra dövlət büdcəsinə 2,6 milyard avro köçürülüb. Bununla da bu mexanizm çərçivəsində Ukraynanın aldığı vəsaitin ümumi həcmi 29,4 milyard avronu ötüb.

Bu vəsait dövlət büdcəsinin prioritet xərclərinin, o cümlədən sosial və humanitar ehtiyacların maliyyələşdirilməsinə yönəldiləcək.

İndiki vəsait proqram çərçivəsində həyata keçirilən yeddinci tranşdır. Hazırkı mərhələdə Ukrayna İslahatlar Planı üzrə dövlət idarəçiliyi, iqtisadi siyasət, energetika, rəqəmsallaşma və hüququn aliliyi sahələrini əhatə edən 11 göstəricini yerinə yetirib.

“Bundan başqa, Ukrayna gələcək maliyyələşdirmə mərhələləri üçün nəzərdə tutulmuş bir sıra şərtləri vaxtından əvvəl yerinə yetirib. İlk dəfədir ki, islahatlarla bağlı öhdəliklərimizi vaxtından əvvəl icra etdiyimizə görə əlavə maliyyə kompensasiyası alacağıq” – baş nazirin müavini Yuliya Sviridenko “Telegram”-da belə yazıb.

Onun sözlərinə görə,  Ukrayna Planı çərçivəsində nəzərdə tutulmuş 86 tədbir 2026-cı ilin may ayının sonunadək tam icra olunub, daha 65 tədbir isə müxtəlif mərhələlər üzrə həyata keçirilməkdədir.

Ukrayna hökuməti iqtisadi dayanıqlığın təmin edilməsi, ölkənin bərpasının dəstəklənməsi və Avropa İttifaqına üzvlük yolunda irəliləyişin sürətləndirilməsi məqsədilə zəruri islahatları davam etdirir.

“Politfm”