Foto: “gov.pl”
ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla NATO sammiti çərçivəsindəki görüşünün əvvəlində Vaşinqtonun Türkiyəyə qarşı sanksiyaları ləğv edəcəyini və Ankaraya “F-35” qırıcılarının potensial satışıyla bağlı qərar verəcəyini bəyan edib.
Türkiyənin paytaxtı Ankarada keçirilən sammitin ilk günündə – iyulun 7-də baş tutan görüşdən əvvəl ABŞ lideri jurnalistlərin suallarını cavablandırıb, iki ölkə arasındakı hərbi-siyasi gərginliyi azaldacaq mesajlar verib.
Jurnalistlərin “Amerikanın Düşmənlərinə Sanksiyalar Vasitəsilə Cavab Vermə Aktı” (CAATSA) çərçivəsindəki tədbirlər barədə sualına Tramp qətiyyətli belə cavab verib:
“Sanksiyaları ləğv edəcəyik”.
Türkiyəyə 2020-ci ildə Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemlərini almış, buna görə ABŞ ona CAATSA sanksiyaları tətbiq etmişdi. Eyni zamanda, Ankarı “F-35” qırıcılarının istehsalı proqramından da kənarlaşdırılmışdı. Rəsmi Ankara bu addımı “ədalətsiz və qanunsuz” hesab edir.
“Politfm”



