Foto: BBC


ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hədələrlə çıxış edib.
“Bu gecə bütöv bir sivilizasiya məhv olacaq və o, bir daha heç vaxt bərpa olunmayacaq. Mən bunun baş verməsini istəmirəm, amma görünür ki, belə də olacaq”.

ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” platformasında belə yazıb.

Bundan bir gün əvvəl – Ağ Evdə keçirilmiş mətbuat konfransında o demişdi ki, ABŞ-nin ultimatum şərq vaxtıyla 7 aprel saat 20.00-a qədər qəbul edilməsə, İran “cəhənnəmin nə olduğunu” görəcək.

“Amma indi – tam və köklü rejim dəyişikliyi baş verəndən, daha ağıllı və daha az radikal olan düşüncələr üstünlük təşkil edəndən sonra, bəlkə də, inqilabi səviyyədə gözəl bir şey baş verəcək — KİM BİLİR?” deyə, Tramp davam edib.

“Bunu bu gecə – dünya tarixinin uzun və mürəkkəb gedişində ən mühüm anlardan birində biləcəyik. 47 illik şantaj, korrupsiya və ölüm, nəhayət, sona çatacaq. Allah İranın böyük xalqını qorusun!” – ABŞ prezidenti paylaşımını bu sözlərlə yekunlaşdırıb.

“Politfm”