Həbsdə olan siyasətçi Tofiq Yaqublunun oğlu Rəhim Yaqublu bu gün ABŞ Konqresinin Demokrat Partiyasını təmsil edən üzvü Eleanor Holmes Norton ilə görüşüb.
Bu barədə öz sosial media hesabında məlumat verən Rəhim Yaqublu bildirib ki, görüşdə Azərbaycanda baş verən siyasi repressiyalar, eləcə də Tofiq Yaqublunun artıq dördüncü dəfə siyasi səbəblərlə həbs olunması məsələsi müzakirə edilib.
Onun sözlərinə görə, konqres üzvü və onun ofisi bu məsələni diqqətdə saxlayacaqlarına söz veriblər.



