“Kürdəxanı” kimi tanınan 1 saylı Bakı İstntaq təcridxanasında bit yayılıb. Bu barədə qadın koloniyasına göndərilən məhkum öz ailə üzvlərinə bildirib. O deyib ki, vəziyyət son dərəcə kritikdir. Hətta iş o yerə gəlib ki, qadın məhkumların saçları qırıxılır. Antisanitariyanın əsas səbəblərindən biri isti suyun az verilməsi ya da heç verilməməsidir. Onun sözlərinə görə 8-10-12 nəfərlik kameralarda çimmək üçün isti su həftədə iki dəfə olmaqla cəmi iki saat verilir. Bundan əlavə məhkuçlar qadınlara məxsus spesifik gigiyena məhsulları demək olar ki, təmin edilmirlər.

Politfm.com.