Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman (foto:WSJ)


ABŞ-İsrail-İran qarşıdurmasında mümkün eskalasiyadan və Bab əl-Məndəb boğazının bağlanması riskindən narahat olan Səudiyyə Ərəbistanı Amerikanı  İranla danışıqları bərpa etməyə çağırır. Bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

 

Ər-Riyad ehtiyat edir ki, ABŞ-nin tətbiq etdiyi dəniz blokadası İranı qarşıdurmanı daha da dərinləşdirməyə və qlobal enerji tədarükü üçün mühüm marşrutlardan biri olan Bab əl-Məndəb boğazını da bağlamağa sövq edə bilər – qəzetə danışan mənbələr belə deyirlər.

Xəbərdə qeyd olunur ki, Səudiyyə Ərəbistanı son vaxtlar öz neftini səhra yoluyla Qırmızı dənizə çıxararaq müharibədən əvvəlki ixrac səviyyəsinə yaxınlaşdıra bilib.

Lakin Bab əl-Məndəb boğazı yaxınlığındakı uzun sahil zolağı Yəməndə İranın müttəfiqləri olan husilərin nəzarətindədir və onlar bu marşrutu bağlamaq imkanına malikdirlər.

“Politfm”