Solda: İsrailin Baş naziri Benyamin Netanyahu Yerusəlimdə keçirilən mətbuat konfransında, 19 mart 2026 (foto: Şalev Şalom/POOL); sağda: Livanın Baş naziri Nəvaf Salam Beyrutdakı hökumət sarayında, 22 may 2025 (foto Həsən Ammar/AP)



ABŞ Dövlət Departamentinin açıqlamasına görə ki, bu gün İsrail və Livan hökumətlərinin nümayəndələri Amerikanın vasitəçiliyilə yüksək diplomatik səviyyədə açıq və birbaşa danışıqlarda iştirak edəcəklər. Bu, 1993-cü ildən bəri onların ilk belə təması olacaq.

Danışıqlarda İsraili ölkənin ABŞ-dəki səfiri Yexiel Leyter, Livanı isə səfir Nada Həmadə Moavad təmsil edəcəklər. Görüşə həmçinin ABŞ dövlət katibi Marko Rubio, ABŞ-nin Livandakı səfiri Mişel İssa və Dövlət Departamentinin müşaviri Maykl Nidhem də qatılacaqlar (“Axios”).

İsrailin baş naziri Benyamin Netanyahu birbaşa danışıqlara aprelin 9-da razılıq verib. Amma bu dialoq üçün o, iki şərt irəli sürmüşdü: “Hizbullah”ın silahsızlaşdırılması və uzunmüddətli, nəsillər boyu qüvvədə qalacaq “real sülh sazişinin” əldə olunması (“The Washington Post”).

Livan və İsrail 1948-ci ildə İsrail dövlətinin yaradılmasından bəri formal olaraq müharibə vəziyyətindədirlər.

“Hizbullah”ın lideri Naim Qasim Beyrutu danışıqlarda iştirakdan imtina etməyə çağırıb və bu görüşləri “mənasız” adlandırıb (“nypost.com”).

“Politfm”