“The Wall Street Journal”, “Wahington Post”, “Reuters” kimi qlobal media nəhəngləri son 20 gündə Rusiyanın İrana hərbi yardımlarıyla bağlı araşdırmalar dərc edirlər.

Bildirilir ki, 2026-cı ilin mart ayında Rusiya və İran arasındakı hərbi və strateji əməkdaşlıq xüsusilə Yaxın Şərqdəki gərginlik fonunda yeni səviyyəyə qalxıb. Son 20 gündə Rusiya İrana əsasən kəşfiyyat dəstəyi, texnoloji modernizasiya və strateji məsləhətlər istiqamətində dəstək verib.

“The Wall Street Journal” nəşrində dərc olunmuş məqalədə qeyd olunur ki, Rusiya Ukraynadakı müharibədə istifadə etdiyi “Shahed” dronlarını öz daxili istehsal imkanlarıyla modifikasiya edərək İrana göndərir.

“The Washigton Post” qəzeti yazır ki, Rusiya İrana regiondakı ABŞ gəmilərinin və hərbi bazaların yerini müəyyən etmək üçün canlı peyk görüntüləri ötürür və beləliklə, İranı rabitə, naviqasiya və hədəfalma sistemləriylə təmin edir.

“Reuters”-in məlumatına görəsə, mart ayında Rusiya İrana S-400 raketlərinin bəzi komponentlərini və S-35 qırıcıları verib. Eyni zamanda, YAK-130 təlim təyyarələrinin və Mİ-28 zərbə helikopterlərinin də verilməsi üçün prosesdur yekunlaşıb.

Ukrayna prezidenti Volodimir Zelenski də martın 15-də verdiyi müsahibədə bildirib ki, İranın istifadə etdiyi bəzi dronlarda Rusiyaya məxsus detalların olduğu təsdiqlənib.

ABŞ rəsmisi Oliviya Vales isə prosesi yaxından izlədiklərini, Rusiyanın yardımlarınını hazırki hərbi əməliyyatların nəticəsinə ciddi təsir etmədiyini bildirib.

Rusiya prezidentinin köməkçisi Dmitri Peskov yazılanları “saxta xəbər” adlandırıb.

Martın əvvəlində Rusiya və İran arasında buğda ixracının artırılması və İranın ərzaq təhlükəsizliyinin təmin edilməsi barədə də razılaşma əldə olunub.

Analitiklər Rusiyanın İrana yardım etməsini bu ölkənin ona Ukrayna müharibəsində köməyinə qarşılıq kimi qiymətləndirirlər.

“Politfm”