Foto: “Armenpress”
ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iki ölkə arasında “Beynəlxalq Sülh və Rifah naminə Tramp Yolu” (TRIPP) layihəsi üzrə Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişini paraflayıblar.
Ermənistan Respublikasıyla ABŞ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyası, eləcə də vacib mineralların hasilatı və emalıyla bağlı çərçivə memorandumu da imzalanıb.
Bu proses birbaşa hava limanında baş verib.
İmzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında Ararat Mirzoyan bəyan edib ki, Xartiyanı imzalamaqla Ermənistan və Amerika Birləşmiş Ştatları strateji tərəfdaşlıqlarını yeni səviyyəyə yüksəldirlər.
ABŞ dövlət katibinin Yerevana qısa səfəri təxminən bir saat çəkib.
“Politfm”



