Foto: BBC
Rusiya qüvvələri gecə saatlarında Ukraynanın Kiyev, Odessa, Zaporojye, Krivoy Roq və Sumı bölgələrinə raket və dronlarla kütləvi zərbələr endiriblər. İlkin məlumata görə, zərbələr nəticəsində azı bir nəfər ölüb, 13 nəfər yaralanıb.
Bu barədə yerli media xəbər yayıb.
Sumı vilayətinin Romnı icmasında yaşayış evinə dron düşməsi nəticəsində 66 yaşlı qadın həyatını itirib, dörd nəfər yaralanıb.
Zaporojye şəhəri və ətraf rayonlarda yaralananların sayı yeddiyə çatıb; onların üçü uşaqdır. Krivoy Roqda raketlərin sənaye müəssisəsinə düşməsi nəticəsində daha iki nəfər xəsarət alıb. Odessada infrastruktur obyekti, təhsil müəssisəsi və çoxmərtəbəli yaşayış binası zədələnsə də, səhər saatlarına olan məlumata görə, itki qeydə alınmayıb.
Kiyevdə gecə ərzində bir neçə partlayış səsi eşidilib. Şəhər hakimiyyəti vurulan hava hədəflərinin qalıqlarının Podol rayonunda yaşayış binasının həyətinə, Şevçenko rayonunda isə təhsil müəssisəsinin ərazisinə düşdüyünü açıqlayıb. Kiyevdə ölən və ya yaralananlar olması barədə məlumat verilməyib (“Reuters”).
Ukrayna dronları isə dünən decə “Ozon” şirkətinin Orenburq, Blaqoveşensk, Ufa şəhərlərindəki logistika obyektlərinə və Sterlitamak sənaye zonasına dron zərbələri endirilib.
Rusiya Müdafiə Nazirliyi ölkənin 14 regionunda, Moskvanın ilhaq etdiyi Krımda, həmçinin Qara və Azov dənizləri üzərində ümumilikdə 267 Ukrayna PUA-sı vurulduğunu açıqlayıb.
Rostov vilayətinin rəhbərliyi bölgə üzərində 70-dən çox dronun məhv edildiyini, qalıqların iki fərdi evi, yardımçı tikililəri və bir avtomobili zədələdiyini açıqlayıb. İlkin məlumata görə, xəsarət alan olmayıb. Belqorod vilayətində isə yerli rəsmilər biri 17 yaşlı qız olmaqla, iki nəfərin yaralandığını bildiriblər.
“Politfm”



