Foto:
Rusiya ordusunun avqustun 11-nə keçən gecə Ukraynanın Zaporojye şəhərinə həyata keçirdiyi genişmiqyaslı hücum nəticəsində azı 6 nəfər ölüb, 20 nəfər yaralanıb.
Zaporojye vilayətinin hərbi administrasiyasının rəhbəri İvan Fyodorovun sözlərinə görə, şəhər gecə saatlarında raketlər və idarəolunan aviasiya bombaları ilə hücuma məruz qalıb. Hücum nəticəsində yaşayış və mülki infrastruktura ziyan dəyib, yanğınlar baş verib (Reuters).
Fyodorov hücumun nəticələri barədə məlumat yayaraq şəhərdə bir sıra obyektlərin zədələndiyini və xilasedicilərin hadisə yerində işlədiyini bildirib.
Zaporojye ilə yanaşı, Pavloqrad və Kiyev şəhərləri də hücuma məruz qalıb. Ukrayna paytaxtında zərbələr nəticəsində yanğınlar baş verib, bir nəfərin yaralandığı bildirilir.
“Politfm”



