Binəqədi Rayon Məhkəməsində hüquq müdafiəçisi Rüfət Səfərov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə və prokurorluğun təqdimatına baxılıb.
Politfm xəbər verir ki, vəsatət təmin olunub və R. Səfərov barəsində həbs qətimkan tədbirinin müddətinin mayın 3-dək uzadılması ilə bağlı qərar verilib.
Qeyd edək ki, R. Səfərov ötən ilin dekabrın 3-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2. (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və (221.1-ci xuliqanlıq), 127-ci (sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham olunur.
Hüquq müdafiəçisi ona qarşı sürülmüş ittihamları rədd edir və həbsini fəaliyyəti ilə əlaqələndirir.



