Ana Səhifə Manşet Prokurorluq: Qazinin intiharı ilə bağlı araşdırma aparılır

Prokurorluq: Qazinin intiharı ilə bağlı araşdırma aparılır

Sabirabadda qazinin intiharı araşdırılır.

Bu barədə iyulun 13-də Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, 1987-ci il təvəllüdlü, Sabirabad rayonu, Qalağayın kənd sakini Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi faktı ilə bağlı hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

İyulun 10-da Sabirabad rayonu, Qalağayın kənd sakini, 3-cü qrup əlil, 35 yaşlı Cəfərov Elvin Zakir oğlu Sabirabad rayon Mədəniyyət Mərkəzinin qarşısında özünü yandıraraq intihara cəhd edib.

O, iyunun 10-da vəziyyəti ağır olduğu üçün Bakıya xəstəxanaya gətirilib.

Bir gün öncə qazinin qardaşı Elnur Cəfərov açıqlama verərək bildirib ki, Elvin Cəfərovun vəziyyəti ağırdır və onunla maraqlanan yoxdur.

Qardaşı qaziyə qarşı icra hakimiyyətində haqsızlıqlar edildiyini də bildirib. Dediyinə görə, canından bezən qazi sonda intihara əl atıb.

Elvin Cəfərov iyulun 12-də vəfat edib.