ABŞ Silahlı Qüvvələrinin Birgə Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ötən ay keçirilən brifinqdə ABŞ ordusunun Oman körfəzini blokadaya almasının səbəbini izah edib, Pentaqon, 14 aprel 2026 (foto: Aleks Vonq/”Getty Images”)
ABŞ-nin Müdafiə Nazirliyi bildirib ki, İran limanlarının blokadası nəticəsində bu ölkə təxminən 5 milyard dollar neft gəlirindən məhrum olub.
Bu blokada ABŞ Prezidenti Donald Trampın İranla müharibəni bitirmək üçün apardığı danışıqlarda ən mühüm təsir vasitəsidir. Pentaqon sülh danışıqlarının dalan dirəndiyi bir vaxtda bu blokadanın təsirini vurğulamaq istəyir (“Axios”).
Pentaqon rəsmilərinin sözlərinə görə, Oman körfəzində blokada başlayandan bəri (13 aprel) ABŞ hərbçiləri neft və digər qaçaqmal daşıyan 40-dan çox gəmini geri qaytarıb.
53 milyon barel İran nefti yüklənmiş 31 tanker körfəzdə “ilişib qalıb”. Bu yükün dəyəri ən azı 4,8 milyard dollardır. İki gəmi isə ABŞ tərəfindən ələ keçirilib.
Qurudakı anbarların dolması səbəbindən yeni tankerlərə neft vura bilməyən İran köhnə tankerlərdən “üzən anbar” kimi istifadə etməyə başlayıb.
Bildirir ki, bəzi tankerlər Çinə neft aparmaq üçün daha uzun və daha baha marşrutlardan istifadə edirlər.
“Politfm”



