Foto: “eurofest.org.ua”
İran ABŞ ilə danışıqlar üçün yeni təkliflər hazırlayıb. Bu barədə IRNA dövlət agentliyi məlumat yayıb.
Bildirilir ki, təkliflər artıq damışıqlarda vasitəçilik edən Pakistan rəsmilərinə göndərilib.
Agentlik təkliflərin məzmununu açıqlamayıb.
Onların Vaşinqtona çatdırılırb-çatdırılmadığı da hələlik məlum deyil.
“Reuters” yazır ki, bu xəbər yayılandan az sonra neft qiymətləri enib.
Aprelin əvvəlindən etibarən İranla ABŞ arasında atəşkəs rejimi qüvvədədir. Amma danışıqların sonrakı mərhələsi dalana dirənib.
“Politfm”



