Foto: “Reuters”

 

 

Özgür Özəl CHP-dəki 34 illik üzvlüyünə son qoyaraq Yeni Partiyanın təsis sənədlərini imzalayıb və sosial şəbəkədə bunu əks etdirən videonu paylaşıb. CHP-nin daha 90 deputatı istefa edərək Yeni Partiyanın Təsisçilər Şurasına qoşulub.

CHP-dən ayrılan Gül Çiftçi və Murat Emir yeni qurumun təsis sənədlərini Türkiyənin Daxili İşlər Nazirliyinə təqdim ediblər.

Beləliklə, Yeni Partiya 91 deputatla Türkiyə Böyük Millət Məclisində ikinci ən böyük fraksiya olacaq. Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 277 mandatla birinci yerdə qalır. CHP-nin deputatlarının sayı isə 44-ə enir.

Özgür Özəl istefasından sonra “X” hesabındakı “CHP sədri” qeydini silib.
May ayında Apellyasiya Məhkəməsi CHP-nin 2023-cü il qurultayını “mütləq etibarsız” hesab etmiş, Kamal Kılıçdaroğlunu yenidən partiya sədri kimi tanımışdı.

Bu qərardan sonra Özgür Özəl və tərəfdarları yeni qurultay keçirilməsini tələb edirdilər, amma Kılıçdaroğlu bunu razılıq vermirdi. Nəticədə Özəl və tərəfdarları yeni siyasi partiya yaratmaq qərarına gəldilər.

Ankara deputatı Murat Emir bunu “Türkiyə siyasi tarixində mühüm dönüş nöqtəsi” adlandırıb, “İşğal olunmuş partiyanı geridə qoyuruq” deyib.

“Politfm”