Foto: AP
İsrailin Baş naziri Benyamin Netanyahu Nyu-York meri Zöhran Mamdanini sərt şəkildə tənqid edərək onu “nifrəti qızışdırmaqda” ittiham edib. Mer bundan əvvəl bildirmişdi ki, Netanyahu BMT Baş Assambleyasının toplantısında iştirak etmək üçün ABŞ-a gəlsə, Qəzza hadisələrinə görə “müharibə cinayətkarı” kimi həbs olunmalıdır.
Netanyahu buna cavab olaraq deyib ki, dünya liderlərinin illik BMT toplantısında çıxış etmək üçün sentyabrda Nyu-Yorka gedəcək.
Mamdani ötən həftə qeyd etmişdi ki, Nyu-York administrasiyası Müharibə Cinayətləri Məhkəməsinin (BCM) Netanyanu həbs qərarını icra etmək səlahiyyəti yoxdur, ona görə də federal hökuməti bu addımı atmağa çağırır.
“Fox News” kanalında çıxış edən Netanyahu onu tənqid edərək deyib ki, “Mamdani bütün nyu-yorkluların – yəhudilərin, xristianların, müsəlmanların, yəni hər kəsin meri olmalıdır. Amma o, bir qrupu digərinin üzərinə qaldırmağa çalışır”.
HƏMAS yaraqlılarının 7 oktyabr 2023-cü ildə İsrailin cənubuna hücumuyla alovlanan Qəzza müharibəsinə görə Netanyahu getdikcə daha çox qütbləşdirici fiqura çevrilir. Eyni zamanda, İsrail İrandan dəstək alan “Hizbullah” qruplaşmasının hava hücumlrına cavab olaraq Livanın cənubuna quru müdaxiləsinə başlamazdan əvvəl – fevralın 28-də ABŞ ilə birlikdə İrana qarşı müharibəyə qoşulub.
Baş nazir BCM-in bazar günü ona qarşı irəli sürdüyü ittihamların saxta olduğunu bildirib. O, qurumun cümə günü vəzifəsindən kənarlaşdırılan baş prokuroruna qarşı irəli sürülmüş cinsi qısnama ihamlarına işarə edərək bildirib ki, həbs qərarı diqqəti yayındırmaq cəhdidir.
Mamdaninin ofisi şərh sorğusuna cavab verməyib.
Netanyahu həmçinin qeyd edib ki, İsrailə ABŞ-dəki ənənəvi ikipartiyalı dəstək hazırda risk altındadır. O, xüsusilə Demokratlar Partiyasında Mamdani tərəfdarlarıyla həmrəy olan mütərəqqi qanadla və ifrat solçu qanadlar arasında bu məsələylə bağlı parçalanma ola bikləcəyindən ciddi narahatlığını ifadə edib.
Baş nazir ABŞ-də və digər Qərb ölkələrində artan antisemitizm meylləri barədə xəbərdarlıq edib. O, Nyu-Yorkda – dünya üzrə yəhudi əhalisinin sayca ən çox olduğu ikinci şəhərdə “yəhudilərin özlərini çox narahat hiss etdiklərini” deyib.
Tramp bazar ertəsi sosial şəbəkədəki paylaşımında Netanyahuya müraciətlə bildirib ki, o, “Amerika Birləşmiş Ştatlarında olduğu müddətdə heç bir şəkildə və heç bir halda həbs edilməyəcək”.
Netanyahu bu həftə ABŞ-yə səfər edərək Vaşinqtonda Trampla görüşəcəyi, həmçinin mərhum respublikaçı senator Lindsi Qremin vida mərasimində iştirak edəcəyi gözlənilir.
“Politfm”



