Aprelin 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Məzahir Pənahov altıncı dəfə qurumun sədri seçilib. O bu vəzifəni 2000-ci ildən icra edir. Bu müddət ərzində Pənahov “Şərəf” və “Şöhrət” ordenləriylə də təltif olunub.
MSK-nın yenidən formalaşdırılması Milli Məclisdə həmin gün qəbul edilən qərarla rəsmiləşdirilib. Seçki Məcəlləsinə əsasən, komissiyanın 5 illik səlahiyyət müddəti başa çatdıqda onun tərkibi yenilənməlidir.
Qanunvericiliyə görə, 18 üzvdən ibarət olan MSK-da yerlər siyasi balans prinsipiylə bölüşdürülür: komissiya üzvlərinin üçdə biri hakim Yeni Azərbaycan Partiyasını, üçdə biri bitərəf deputatları, qalanları isə parlamentdə azlıq təşkil edən partiyaları təmsil edir.
MSK-nın tərkibində dəyişiklik olub. Komissiyaya üç yeni şəxs seçilib. Onlardan ikisi Yeni Azərbaycan Partiyasını, biri isə bitərəf deputatı təmsil edəcək. Digər 15 üzv dəyişməz olaraq qalıb.
“Politfm”



