Ana Səhifə Manşet “MEYDAN”ÇILARIN HƏBS MÜDDƏTİ UZADILDI

“MEYDAN”ÇILARIN HƏBS MÜDDƏTİ UZADILDI

2

 

Bu gün Xətai Rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbs edilən jurnalistlərin həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmə təqdimatların hər birini təmin edib və iş üzrə həbs edilən 7 nəfər – Meydan TV-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Qənbərova, jurnalistləri Aytac Əhmədova, Aysel Umudova, Natiq Cavadlı, Ramin Cəbrayılzadə, Xəyalə Ağayeva, həmçinin Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov barəsində seçilmiş həbs qətimkan tədbirləri 3 ay müddətinə uzadılıb.