BÖYÜK DÖVLƏT ADAMI VƏ İCTİMAİ XADİMİN DOĞUM GÜNÜDÜR
Bu gün Azərbaycanın böyük dövlət adamı və müstaqil ictimai fikir banilərindən biri, Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri, Milli Şuranın sədri Məmməd Əmin Rəsulzadənin anadan olmasından 141 il ötür! Məmməd Əmin Rəsulzadə və həmfikirləri bütün İran və Azərbaycan coğrafiyası üçün müasir siyasi şüurun yaranmasında və formalaşmasında mühüm rol oynamış, müsəlman Şərqində ilk demokratik respublikanı yaratmaqla ideyalarını təşkilatlandırmağı və Versal sülh konfransında dünyaya tanıtmağı bacarmışlar. M.Ə. Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin SSRİ tərəfindən işğalından sonra müxtəlif ölkələrə hicrət etmiş, sonradan ömrünün sonuna, 1955-ci ilə kimi Türkiyədə yaşamış və yaratmışdır.
Böyük ideya yolçusunu və həqiqi dövlət adamını hörmətlə anırıq.
Politfm.com.


