Foto: VOA

 

Foto: VOA

Məmməd Alpay (Məmmədzadə) barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.