Macarıstanda parlament seçkiləri ilə bağlı Polymarket platformasında aparılan proqnoz mərcləri son dövrlərdə ən çox diqqət çəkən siyasi mərclərdən birinə çevrilib. Kampaniyanın əvvəlində Viktor Orbanın rəhbərlik etdiyi hakim Fidesz partiyasının və müxalifətin şansları təxminən eyni qiymətləndirilirdi (50/50).
Lakin daha sonra Peter Macarın rəhbərlik etdiyi Tisza partiyasının güclənməsi və müxalifətin mitinqlərinin artması ilə ehtimallar tədricən müxalifətin xeyrinə dəyişməyə başladı. Eyni zamanda, iqtisadi problemlər bitərəf seçici kütləsində də Orbana qarşı mənfi rəy formalaşdırdı və bu faktorlar nəticəsində hakim partiyanın reytinqləri seçki kampaniyası boyu enirdi.
Aprelə doğru dinamika daha da kəskinləşdi və bukmekerlər buna çox həssas yanaşırdılar. Son günlərin göstəricilərinə görə, Tisza partiyasının qələbə ehtimalı təxminən 75–82% səviyyəsində qiymətləndirilir.
Bu fərq yalnız sorğularla deyil, həm də investorların Avropa İttifaqı ilə münasibətlərin yaxşılaşacağı və iqtisadi sabitliyin artacağı gözləntiləri ilə izah olunur.
Bununla belə, bütün bu rəqəmlərə baxmayaraq, Macarıstanın siyasi sistemi hakimiyyətə ciddi institusional üstünlüklər verir və çoxlu sayda qeyri-müəyyən seçici hələ də qərar verməyib. Buna görə də bu proqnozlar yekun nəticəni deyil, daha çox siyasi cameənin hazırkı əhval-ruhiyyəsini əks etdirir
Politfm



