Macarıstanın paytaxtı Budapeşt Rusiyanın Avropadakı ən böyük kəşfiyyat qərargahına çevrilib. Son araşdırmalar göstərir ki, səfirlikdə çalışan hər iki diplomatdan biri əslində casusdur. Bu barədə Politfm controll.hu ya istindən məlumat verir.
Rusiyalı araşdırmaçı jurnalistlərin sızdırılmış məlumat bazaları əsasında hazırladığı hesabat Avropada şok effekti yaradıb. “Agentstvo” və “The Insider” portallarının məlumatına görə, Budapeştdəki Rusiya səfirliyində fəaliyyət göstərən 47 diplomatdan 21-i birbaşa Rusiya xüsusi xidmət orqanları (GRU, FSZB və SVR) ilə bağlıdır.
Brüsseli geridə qoyan casus şəbəkəsi
Hesabatda ən diqqətçəkən məqam casusların sıxlığıdır. NATO və Aİ-nin mərkəzi olan Brüsseldə diplomatlar arasında kəşfiyyatçıların nisbəti 10-20% təşkil etdiyi halda, Budapeştdə bu rəqəm 45%-ə çatır. Bu, Budapeştin Rusiya üçün strateji bir əməliyyat mərkəzi olduğunu təsdiqləyir.
Putinin tərcüməçisi də siyahıdadır
İfşa olunanlar arasında ən mühüm simalardan biri, 2019-cu ildən bəri Rusiya Prezidenti Vladimir Putinin Macarıstan Baş naziri Viktor Orbanla görüşlərində şəxsi tərcüməçisi olan Tigran Garibyandır. İddialara görə, Garibyan sadəcə tərcüməçi deyil, Kreml tərəfindən Orbanın seçki kampaniyasına dəstək verən əməliyyat qrupunun rəhbərlərindən biridir.
İfşa Olunan “Diplomatlar”:
Araşdırma nəticəsində bəzi adlar və onların real vəzifələri gün üzünə çıxıb:
Alekssey Zarudnyev: Hərbi attaşe (Əslində GRU polkovniki).
Alekssey Şapoşnikov: Müşavir (Tanışlarının telefonunda “Lyoşa FSZB-çi” kimi qeyd edilib).
Mixail Kuljasov: Rəsmi vəzifəsi olmayan, lakin xüsusi imtiyazlara sahib “ən sirli şəxs”.
Pavel Gaponyjuk: Attaşe (FSZB Akademiyasının məzunu).
Məqsəd: Seçkilərə müdaxilə
Qərb kəşfiyyat mənbələri və araşdırmaçı jurnalistlər vurğulayırlar ki, bu casus şəbəkəsinin əsas hədəfi Macarıstandakı seçki prosesinə təsir etmək və Kremlə yaxın siyasi kursun davamlılığını təmin etməkdir. Səfirlik binasının damındakı antenalar vasitəsilə həm də elektron kəşfiyyat və dinləmə əməliyyatlarının aparıldığı bildirilir.
Ekspert Rəyi: “Macarıstanın Rusiya casuslarına qarşı digər Avropa ölkələri kimi qovma tədbirləri görməməsi, ölkəni NATO daxilində ‘zəif bənd’ halına gətirir.”
Polotfm



