Litvanın 20-ci hökumətinin Baş naziri İnqa Ruqinene (foto: Alfredas Pliadis/”XinHua”/ Global Look Press)


 

Litva Sosial Demokrat Partiyası (LSDP) iyunun əvvəlində digər tərəfdaşı olan “Nemunas” partiyasını populist siyasətdə ittiham edərək onunla əməkdaşlığı dayandırıb. Baş nazir İnqa Ruqinene və Nazirlər Kabineti yeni tərəfdaşlarla hökumət qurmaq məqsədilə yekdilliklə istefa qərarı veriblər.

Litvanın 20-ci hökuməti çərşənbə axşamı son iclasını keçirib və nazirlər istefa barədə qətnaməni yekdilliklə qəbul ediblər.
“Bütün çətinliklərə baxmayaraq, fəxr edəcəyimiz çox şey var və hər biriniz dövlətimizin rifahına, xalqımızın həyatının yaxşılaşmasına mühüm töhfə vermisiniz” – Ruqinene nazirlərə müraciətlə belə deyib.

Daha sonra jurnalistlərə açıqlama verən Ruqinene baş nazir kimi fəaliyyətindən qürurla danışıb:
“Siyasətdə bir çox şeyi öyrənmək olar — necə yaxşı görünmək, necə rəvan danışmaq. Amma cəsarəti və insanlığı öyrənə bilməzsiniz”.
“Empatiya, insanları dinləmək bacarığı və hərəkətə keçmək cəsarəti: çətin seçimlər və məsuliyyətlər arasında yolumu azmamağa mənə kömək edən məhz bu keyfiyyətlər oldu” deyə, o əlavə edib.

Ruqinene öz partiyası tərəfindən qurban verildiyi barədə deyilənləri rədd edib, bu keçidin normal bir siyasi proses olduğunu deyib.
O bildirib ki, partiya sədri Mindauqas Sinkeviçius əslində ötən il, sələfi Qintautas Paluskas istefa verəndə vaxt baş nazir olmalıydı, amma onda bu qərar təxirə salınıb.
Ruqinene çıxışının sonunda “Bu gün mən buradan başım dik və qəlbən rahat ayrılıram” deyib.

İstefa fərmanı çərşənbə axşamı ölkə prezidenti Gitanas Nausedaya təqdim olunacaq. O isə yeni hökumət formalaşana qədər istefa verən komandadan müvəqqəti idarəetmə funksiyasını davam etdirməyi xahiş edəcək.

Koalisiya sazişinə əsasən, prezident 15 gün ərzində baş nazir vəzifəsinə namizədi parlamentə təqdim etməlidir.

Yeni hökumətdə sosial-demokratlar yeni Kəndlilər, yaşıllar və Litvanın xristian ailələri birliyi və “Litva Naminə” Demokratlar Birliyi ilə koalisiya quracaqlar. Yeni baş nazir social-demokratların lideri Mindauqas Sinkeviçus olacaq. Yeni kabinetdə yerlərin əksəriyyətini onun partiya yoldaşları tutacaqlarf.

Hökumət dəyişikliyin Litvanın xarici siyasətinə, o cümlədən Ukraynaya dəstəyinə heç bir təsir göstərəcəyi gözlənilmir.
Sosial-demokratlar 2024-cü il seçkilərində qalib gəlmişdilər. Həmin vaxt Qintautas Palutskasın rəhbərliyi ilə qurulan hökumət 2025-ci ildə korrupsiya qalmaqalından sonra istefa vermiş və onu Ruginene kabineti əvəzləmişdi.

“Politfm”