Foto: “sehrivangazetesi.com”


“Reuters” Türkiyə mediasına istinadən yazır ki, İstanbulda – İsrail konsulluğunun yerləşdiyi ərazinin yaxınlığında baş verən atışma nəticəsində üç nəfər ölüb, iki polis əməkdaşı yaralanıb.

“Reuters”-in əldə etdiyi videoda atəş səsləri eşidən bir polis əməkdaşının dərhal silahını çıxardığı və sığınacağa çəkildiyi görünür. Kadrlarda bir nəfərin ağır yaralı və qan içində olduğu da əks edilib.

İsrail konsulluğunun yerləşdiyi ərazidə gücləndirilmiş polis nəzarəti tətbiq olunur. Televiziyada yayımlanan görüntülərə əsasən, silahlı polis qüvvələri hadisədən sonra da ərazidə patrul xidməti həyata keçirir.

Türkiyənin ədliyyə naziri bildirib ki, hadisəylə bağlı araşdırma aparılacaq.

“Reuters” qeyd edir ki, nə İstanbul konsulluğunda, nə də Ankaradakı səfirlikdə İsrail diplomatları var.

“Politfm”