İranın xarici işlər naziri Abbas Əraqçi Oman danışıqlarında İranın nümayəndə heyətiylə, 6 fevral 2024 (foto: AFP)


İran ABŞ ilə bütün kommunikasiya kanallarını bağladığını elan edib. Bu barədə “Tehran Times” (İran) nəşri məlumat yayıb.

“İran ABŞ ilə bütün diplomatik və dolayı kommunikasiya kanallarını bağlayıb. Hər hansı mesaj mübadiləsi də dayandırılıb” deyə, nəşr qeyd edib.

Qərar ABŞ Prezidenti Donald Trampın İrandan Hörmüz boğazının fəaliyyətini bərpa etməyə razılıq verməsini tələb etdiyi son tarixə cəmi bir neçə saat qalmış qəbul olunub.

Özünün “Truth Social” platformasında paylaşımında Tramp bu günü – aprelin 7-ni dünya tarixində “ən mühüm anlardan biri” adlandıraraq İrana çox sərt xəbərdarlıq edib:

“Bu gecə bütöv bir sivilizasiya məhv olacaq və o, bir daha heç vaxt bərpa olunmayacaq. Mən bunun baş verməsini istəmirəm, amma görünür ki, belə də olacaq”.

Tramp həmçinin qeyd edib ki, 47 illik “şantaj, korrupsiya və ölüm” dövrü bu gecə “nəhayət ki, sona çatacaq”.

“Politfm”