Foto: “President.az”
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya və Almaniyanın keçmiş məmurlarının Bakıda Ukrayna müharibəsini müzakirə etmələri barədə xəbəri təsdiqləyib.
Bu barədə ilk olaraq “The Times” qəzeti məlumat yaymışdı.
Əliyev bu haqda Berlində, Almaniya kansleri Fridrix Merzləbirgə keçirdiyi mətbuat konfransında danışıb.
“Detallardan danışa bilmərəm, çünki həmin görüşdə olmamışam. Amma uçuş məlumatları mənə deməyə əsas verir ki, Bakıda belə bir gizli görüş keçirilib” – prezident belə deyib.
Onun sözlərinə görə, görüş üçün Azərbaycanın ərazisindən hakimiyyətin xəbəri olmadan istifadə edilib.
“Əgər bu görüş Rusiya və Ukrayna arasında müharibənin dayandırılmasına töhfə vermək məqsədi daşıyıbsa, bunu yalnız alqışlaya bilərik” deyə, Əliyev əlavə edib.
Merts isə deyib ki, həmin görüş barədə heç nə bilmir, Almaniya hökumətinin onunla heç bir bağlılığı yoxdur.
“The Times” daha əvvəl yazmışdı ki, Almaniyadan görüşdə keçmiş kansler Angela Merkelin administrasiyasının rəhbəri olmuş Ronald Pofalla və Brandenburq federal əyalətinin keçmiş baş naziri Mattias Platsek iştirak ediblər.
Rusiya tərəfindən isə görüşə Rusiya Prezidentinin İnsan Hüquqları Şurasının sədri Valeri Fadeyev və “Qazprom”un Direktorlar Şurasının sədri, Rusiyanın keçmiş baş naziri Viktor Zubkov qatılıb.
Əliyev görüşün 12-14 iyul tarixlərində keçirildiyini bildiririb.
“Politfm”



