Fransanın Avropa və Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların uğurla başa çatmasının elan olunmasını alqışlayıb.
Sözügedən Fransa nazirliyi müvafiq bəyanatında hər iki tərəfin bu müqaviləni ən qısa zamanda imzalayacağına ümid etdiyini bildirib.
“Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməklə, Cənubi Qafqazın açıq sərhədlərlə sülh, inteqrasiya və əməkdaşlıq zonasına çevrilməsinə və region əhalisinin rifahına töhfə verəcək,” – deyə Fransa Xarici İşlər Nazirliyi əlavə edib. Məlumatı Ermənistan mediası yayıb.



